AZ

Gəncədə nöqsan aşkarlanan məktəb direktoruna töhmət verildi - RƏSMİ

Bakı. Trend:

Gəncədə nöqsan aşkarlanan İsmət Qayıbov adına 1 nömrəli tam ortaməktəbin direktoruna şiddətli töhmət verilib.

Trendxəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsiməlumat yayıb.

Bildirilib ki, idarəyə daxil olan valideyn və vətəndaşmüraciətləri operativ şəkildə qeydiyyata alınır və həminmüraciətlər əsasında müvafiq yoxlama-nəzarət tədbirləri həyatakeçirilir.

Qeyd edilib ki, təhsil müəssisələrində valideynlərin əlavətədris materialları almasına təşviq edilməsi, eləcə də müxtəlifsınaq imtahanları üçün məcburi şəkildə hər hansı vəsaitintoplanılması yolverilməzdir:

"Bildiririk ki, Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam ortaməktəbin fəaliyyəti ilə bağlı yayılan səsyazısı ilə əlaqədar olaraqGəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırmaaparılıb. Araşdırma nəticəsində ümumi təhsil müəssisəsininfəaliyyətində bir sıra nöqsanlar aşkar edilib. Regional Təhsilİdarəsinin müvafiq əmrinə əsasən adıçəkilən təhsil müəssisəsinindirektoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Qeyd edirik ki, tədris prosesinin keyfiyyətinin artırılması vəmüəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilətəhsil müəssisələrində sistemli və ardıcıl şəkildə yoxlama-nəzarəttədbirləri həyata keçirilir",- deyə qurumdan əlavə edilib.

Seçilən
27
49
az.trend.az

9Mənbələr