AZ

Əsədin neçə milyard dollarla qaçdığı bəlli oldu

Bəşər Əsədin Suriyanı tərk edib Rusiyaya qaçarkən neçə milyard dollar qaçırdığı üzə çıxıb.

Ölkə.Az xəbər verir ki, Əsəd ölkəni tərk edərkən 135 milyard dollar aparıb.

Bu barədə Əsəd rejiminin kəşfiyyat orqanlarında çalışan Halid Beyye açıqlama verib. 

Əsədin 135 milyard dollar qaçırdığını açıqlayan Halid Beyye bunları da deyib: “Son hadisələr öncəsi Rusiyayönlü komandirlərlə İranın dəstəklədiyi komandanlıq səviyyəsi arasında böyük qarşıdurma baş verdi. Hələb komandiri general Məhəmməd Səfadlı ilə Rusiyanın sadiq generalı Süheyl Həsən arasında ciddi münaqişə yarandı.  Hərbi kəşfiyyatla ordu arasında məlumat axını dayandı. Hələbin süqut etdiyi gün başlayan məğlubiyyət müxalifətin Dəməşqə gəlməsi ilə nəticələndi" .

Beyye bildirib ki, bu hadisələr zamanı komandanlıq səviyyəsindən 273 yüksək rütbəli komandir rejim tərəfindən edam edilib.

Mürtəza
Ölkə.Az

phrase_var_article.chosen
67
4
olke.az

5phrase_var_article.sources