Bakı. Trend:
Suriyanın yeni hakimiyyəti daxili siyasətə dair genişmiqyaslıislahatları əhatə edən "yol xəritəsi" hazırlamağı planlaşdırır.
TrendTürkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu yolxəritəsi əhali siyahıyaalınmasını, yeni Konstitusiyanınhazırlanmasını və azad seçkilərin keçirilməsini nəzərdə tutur.
Qəzet yazır ki, müvəqqəti administrasiya qurulduqdan sonra "yolxəritəsi" rəsmən elan ediləcək. Bunun ardınca yeni Konstitusiyanınhazırlanması prosesi başlayacaq, əhali siyahıya alınacaq, şəffaf vəazad seçkilər keçiriləcək.
Məlumatda qeyd edilib ki, ölkədə “yeni Suriyanın qurulmasıdövrü” başlayır. Yeni hakimiyyətin bu addımları ölkədə sabitliyinvə inkişafın təmin olunmasına yönəlib.