AZ

Nijni Novqorodda terror törətmək istəyən rusiyalı saxlanılıb

Nijni

FTX əməkdaşları Nijni Novqorodda Almaniya vətəndaşlığını da daşıyan və Ukrayna xüsusi xidmət orqanlarından mükafat müqabilində dəmiryol relslərini partlatmağa hazırlaşan rusiyalını saxlayıblar.

Bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi (XM) məlumat yayıb.

Qeyd edildiyi kimi, 2003-cü il təvəllüdlü Rusiya və Almaniya vətəndaşı saxlanılıb, onun yaşayış yerində istifadəyə hazır əldəqayırma partlayıcı qurğu, habelə Ukrayna xüsusi xidmət orqanlarının nümayəndəsi ilə yazışmaları aşkar edilib.

"Saxlanılan şəxsin ifadəsinə əsasən, 2024-cü ilin noyabrında kuratorunun vəd etdiyi pul mükafatı müqabilində üzərində aşkar edilmiş PUA-dan istifadə edərək Nijni Novqorodda dəmiryol yolunun bir hissəsində təxribat hazırlayıb”, - Mərkəzdən bildirilib.

Cavid

Seçilən
33
xalqcebhesi.az

1Mənbələr