AZ

Miqrasiya Məcəlləsinə dəyişiklik qəbul edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Milli Məclis Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliyi üçüncü oxunuşda müzakirəyə çıxarıb.
Oxu.Az xəbər verir ki, layihəyə əsasən, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə məcburi yerləşdirilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin azad edilməsi qaydaları müəyyənləşir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddəti onların orada yerləşdirilməsi barədə qərara uyğun olaraq qəbul edildikləri andan hesablanacaq.
Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların mərkəzdə yerləşdirilməsi barədə qəbul edilmiş qərarda göstərilən müddət başa çatanadək həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi (və ya buraxılması) məsələsi həll olunmalıdır. Mərkəz rəisi bu barədə həmin şəxsin orada yerləşdirilməsi müddətinin başa çatmasına bir iş günü qalmış müvafiq icra hakimiyyəti orqanına şifahi və ya yazılı qaydada məlumat verir.
Məhkəmənin qərarı əsasında uzadılma halları istisna olmaqla, müvafiq icra hakimiyyət orqanı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi haqqında qərar qəbul ediləcək.
Bundan başqa, mərkəzdə saxlanılan şəxsin öldüyü vaxtdan yeddi gün müddətində meyitin təhvil verilməsi barədə müraciət daxil olmadıqda o, dövlət vəsaiti hesabına dəfn ediləcək. Layihə səsverməyə qoyularaq son oxunuşda qəbul edilib.
Mərahim Nəsib
Seçilən
26
oxu.az

1Mənbələr