AZ

Böyük güclərin diqqəti ora yönəldi - Yeni savaş meydanı bəlli oldu

Rusiya-Ukrayna müharibəsi və Suriyada rejim dəyişikliyi fonunda başqa məkanlarda da qarşıdurma meylləri var. Məsələn, Arktika böyük ölkələr arasında mübarizə meydanına çevrilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Kanada xarici işlər naziri Melani Coli Rusiyanın Arktikanın qapılarının Çin üçün açmasından narahat olduqlarını bildirib:

“Rusiya üçün qırmızı xətlər yoxdur”, - deyən Coli Arktikanın resurslarının bəlli olduğunu, buna rəğmən, Kremlin Çinə yeni qapı açdığını vurğulayıb. Kanada xarici işlər naziri Ukraynadakı müharibəsinə görə Rusiyanın Pekinin dəstəyindən asılı olduğunu, bu səbəbdən Çinə Arktikada yeni imkanlar yaratdığını iddia edib.

Əvvəllər Arktikada yalnız Rusiya hərbi təlimlər keçirirdisə, indi bunu Çinlə birgə edir. Rusiya və Çin Arktikada həm elmi araşdırmalar aparır, həm də birgə hərbi təlimlər keçirir.

Aktikada buzlaqların əriməsi Avropa ilə Hind və Sakit okean bölgələri arasında daha qısa marşrutun açılmasına şərait yaradır. Bu baxımdan, Arktika Çin üçün yeni ticarət yoluna çevrilə bilər. Aktikada təbii resurslarının kəşfinə də maraq artıb. Bunun qarşılığında Kanada bölgədə sərhədini gücləndirməyə və burada hərbi varlığını artırmağa qərar verib. Kanadanın Aktikada patrul və sualtı gəmilərinin sayı artırılacaq. Regionda PUA uçuşları da həyata keçiriləcək”.

“Atlas”ın analitiklərinin fikrincə, Arktika böyük dövlətlərin yeni geosiyasi meydanına çevrilib:

“Kanada hesab edir ki, Rusiya Arktikada uzaq və ortamənzilli raket sistemləri yerləşdirməyə çalışır. Çin Arktika ilə yanaşı, Rusiyanın şimal bölgələrindəki limanlarına da maraq göstərir. Bunların arasında Murmansk limanını göstərmək olar. Təsadüfi deyil ki, Çinlə Rusiyanın Murmanskda ticarət mübadiləsi son 4 ildə 140 faiz artıb.

Çin şirkətləri Rusiyanın Arktikadakı yataqlarında pay sahibləridir. Ukrayna müharibəsiylə bağlı Qərblə münasibətlərini gərginləşdirən Kreml Çinin Rusiyanın şimal bölgəsinə yatırımlarını təşviq edir”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
23
teleqraf.com

1Mənbələr