AZ

Cənubi Koreya Prezidenti həbs olunacaq

Cənubi Koreyanın Milli Assambleyası dekabrın 3-də hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Prezident Yoon Suk Yeolun "dərhal" həbsini ehtiva edən sənəd qəbul edib.

"Cebheinfo.az"  “Yonhap”-a istinadən xəbər verir ki, hərbi vəziyyətin elan edilməsində iştirak edən 8 nəfərin həbsini nəzərdə tutan qanun layihəsi Milli Məclisdə səsə qoyulub.

Səsvermə nəticəsində Yoon, keçmiş müdafiə naziri Kim Yonq-hyun və keçmiş daxili işlər naziri Li Sanq-min də daxil olmaqla 8 nəfərin “dərhal həbs edilməsi tələbi”ni ehtiva edən qətnamə layihəsi 191 səslə qəbul edilib. Səsvermədə iştirak edən 288 deputatdan 3-ü bitərəf qalıb.

Parlamentin 2/3 səs çoxluğunu ala bilmədiyi üçün Yoonun işdən çıxarılması ilə bağlı təklif qəbul olunmadığından müxalifət bu dəfə həbslə bağlı qanun layihəsini gündəmə gətirib.

Digər tərəfdən, hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Yoonun mühakimə olunması üçün xüsusi səlahiyyətli prokurorun təyini qərarı da parlamentdə qəbul edilib.

Seçilən
30
1
cebheinfo.az

3Mənbələr