AZ

Azərbaycanda I sinfə gedən uşaqların SAYI  AZALIB

“Ölkəmizdə 17 yaşadək uşaqların sayı 2 milyon 634 min nəfər təşkil edir və əhali artımı ildə 100 min nəfər baş verir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.

Bölgə xalqları içərisində dinamikada ölkəmizin öndə olduğunu deyən deputat bildirib ki, lakin 2024-25 ci illərdə 1-ci sinfə qəbul olunan uşaqların sayı 132 min nəfər təşkil edib ki, əvvəlki ilə müqayisədə 5 min uşaq azalma var. 

“Hökumətin sahə ilə bağlı müvafiq qurumları ilə birgə müzakirə apararaq, tendensiyanı daha düzgün qiymətləndirmək olar”.

Z.Orucun sözlərinə görə, yerli icra hakimiyyıti yanında 2 nəfər-psixoloq və məsul katibin, o cümlədən qəyyumluq və himayəçilik üzrə məsul şəxslərin fəaliyyətinin gələcəkdə vahid qurumda birləşdirilməsi dövlət siyasətinin vahidliyi baxımından əhəmiyyət kəsb edir.

Onu da vurğulayıb ki, uşaqların mənəvi formalaşaması, psixoloji dayanıqlığı, ailə, məktəb və cəmiyyət həyatında kamil insan kimi yetişməsi müasir kommunikasiya inqilabı şəraitində uşaqların sabahını qurmaq üçün daha böyük resurslar tələb olunur.

“Bir çox ölkələr uşaqların yad məlumat kütləsindən qorunması üçün müxtəlif süzgəclər tətbiq edir, məktəblərdə informasiyaya çıxışın kontentini,konkret çərçivəsini yaradır. Ona görə də məlum terminlə desək, “beyin köçü” təkcə elmi kadrların ölkədən kütləvi gedişini özündə ehtiva etmir, eləcə də o gerçəkliyi üzə çıxarır ki, beyin köçü ölkədən getmədən də baş verə bilər. Çünki hazırki informasiya texnologiyları istənilən bir ölkənin sərhədlərini aşır və qlobal mühit formalaşdırır. Ona görə uşaqlarımızın gələcəyini milli ideallarımıza uyğun qurmaq istəyiriksə, qanun layihəsini inkişaf etdirərək Komitənin səlahiyyətlərini genişləndirmək, onları dövlət siyasətinin miqyas və əhatə dairəsini artırmaq ən yaxşı yollardan biri ola bilər”,-deyə, millət vəkili bildirib.

Mina Mikayılova

Seçilən
36
2
bakivaxti.az

3Mənbələr