AZ

Suriyada keçid dövrünün 41 yaşlı baş naziri kimdir...

Suriyada keçid dövrü üçün baş nazir təyin edilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, mühəndislik və hüquq sahəsində təcrübəsi ilə tanınan Məhəmməd əl-Bəşir Suriyada keçid prosesinə rəhbərlik edəcək hökumətə başçılıq edəcək.

Məhəmməd əl-Bəşirin rəhbərliyi ilə formalaşacaq yeni kabinet Suriyanın yenidən qurulması və sabitləşməsi üçün mühüm vəzifələri öz üzərinə götürəcək.

1983-cü ildə Suriyanın İdlib şəhərində anadan olmuş Məhəmməd əl-Bəşir 2007-ci ildə Hələb Universitetinin Elektrik mühəndisliyi fakültəsini bitirib. 2011-ci ildə Suriya Qaz Şirkətində menecer kimi işə başlayıb.

İdlib Universitetində şəriət və hüquq üzrə bakalavr dərəcəsinə yiyələnən əl-Bəşir həm də dövlət idarəçiliyi üzrə də təhsil alıb.

Seçilən
48
modern.az

1Mənbələr