"Mançester Siti" 130 işdə maliyyə feyr-pleyini pozub.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "The Times" nəşri yayıb. 

Əvvəllər "şəhərlilər"in 115 işdə qaydaları pozduğu irəli sürülürdü. Lakin sonrada müəyyən məsələlərdə qarışıqlıq olduğu aşkarlanıb. 

Məsələ ilə bağlı yekun qərar 6-8 ay müddətinə verilə bilər. Lakin apellyasiya şikayətini nəzərə aldıqda, bu problemin öz həllini növbəti mövsümdə tapacağını söyləmək olar. 

Qeyd edək ki, daha əvvəl "Mançester Siti"nin 9 il maliyə feyr-pleyini pozması iddia olunurdu.