AZ

Ağdam Sənaye Parkının rezidenti beynəlxalq standartlara uyğunluq sertifikatları alıb

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “BAFCO İnvest” MMC ayaqqabı istehsalı sahəsində EN ISO 20345:2022 və EN ISO 20347:2022 beynəlxalq standartlara uyğunluq sertifikatlarına layiq görülüb.

Agentliyin məlumatına görə, bu sertifikatlar şirkətin istehsal etdiyi məhsulların Avropa bazarına ixracına imkan yaradır. Hazırda şirkət tərəfindən istehsal edilən məhsulların ixrac edilməsi məqsədilə MDB və Avropa ölkələri ilə danışıqlar aparılır.

Qeyd edək ki, Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən və Almaniyanın tanınmış “Desma” markasının avadanlıqları ilə təchiz olunmuş fabrikin illik istehsal gücü 510 min cüt ayaqqabı təşkil edir.

phrase_var_article.chosen
43
2
vergiler.az

10phrase_var_article.sources