Bakı. Trend:
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərənİqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olanAğdam Sənaye Parkının rezidenti “BAFCO İnvest” MMC ayaqqabıistehsalı sahəsində EN ISO 20345:2022 və EN ISO 20347:2022beynəlxalq standartlara uyğunluq sertifikatlarına layiqgörülüb.
Bu barədə Trend-ə İZİA-dan bildirilib.
Məlumata görə, bu sertifikatlar şirkətin istehsal etdiyiməhsulların Avropa bazarına ixracına imkan yaradır.
Bildirilib ki, hazırda şirkət tərəfindən istehsal edilənməhsulların ixrac edilməsi məqsədilə MDB, Avropa ölkələri ilədanışıqlar aparılır.
Qeyd edək ki, Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən vəAlmaniyanın tanınmış Desma markasının avadanlıqları ilə təchizolunan fabrikin illik istehsal gücü 510 000 cüt ayaqqabı təşkiledir.