Son günlər dəyişikliklərlə diqqəti çəkən, Krunoslav Renduliçin gedişindən sonra qəddini dikəltməyə başlayan “Sabah” bu dəfə stadionla bağlı mühüm qərar alıb. Masazır təçmsilçisi bundan sonra Masazırda yox, Şüvəlanda məşq edəcək. Belə ki, “AZAL Arena”ya daşınan “bayquşlar” ötən mövsümdən burda bəzi dəuişikliklər etməyə başlamışdı. Əsas da süni qazon təbii ot örtüyü ilə əvəzlənib.
Komandanın ora uzun müddətə daşındığı deyilir. Bəs buna nə zərurət yaratdı?
“Football-plus.az” səbəbi öyrənmək üçün “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət edib:
“Bəli, köç söhbəti doğrudu. Bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.
RÖYANƏ OĞUZ