Formalaşdırılması Məhəmməd əl-Bəşirə həvalə edilmiş Suriyanın keçid hökumətinin müddəti üç ay olacaq.
Azpost.info xəbər verir ki, bu barədə “Əl-Cəzirə”yə Dəməşq və ölkənin bir çox digər şəhərlərinə nəzarəti bərqərar edən Suriya müxalifətinin siyasi administrasiyasındakı mənbə bildirib.
“Əl-Bəşir hökuməti üç ay davam edəcək keçid dövrü çərçivəsində işləyəcək”, – mənbə bildirib.
Mənbə onu da deyib ki, keçid hökuməti daimi hökumətin işi üçün ilkin şərtlər yaradacaq.
Azpost.info