AZ

"Liverpul"la ÇL-in qalibi olan oyunçu Macarıstan klubuna keçdi - RƏSMİ

 "Liverpul"la Çempionlar Liqasının qalibi olan Nabi Keyta karyerasını Macarıstan "Ferentsvaroş"unda davam etdirəcək.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı oyunçu "ağ-yaşıllar"ın formasını icarə əsasında geyinəcək.

Qvineyalı futbolçu hazırda müqavilə ilə Almaniyanın "Verder" klubuna məxsusdur.

Qeyd edək ki, Keyta 2018-ci ildə "Liverpul"un heyətində UEFA Çempionlar Liqasında çempionluq sevinci yaşayıb.

phrase_var_article.chosen
47
fanat.az

1phrase_var_article.sources