Suriyada Mühəmməd əl-Bəşirin rəhbərliyi ilə qurulacaq keçid hökumətinin fəaliyyət müddəti üç ay olacaq. Bu barədə Suriya müxalifətinin siyasi idarəsindəki mənbə Qətərin Al Jazeera telekanalına məlumat verib.
"Əl-Bəşirin hökuməti üç ay davam edəcək və keçid dövrü çərçivəsində fəaliyyət göstərəcək," - mənbə bildirib.
İcra hakimiyyətinin prioritetləri kimi o, "təhlükəsizlik sahəsində nəzarət, xidmətlərin göstərilməsi və hakimiyyətin mərhələli keçidinin təmin edilməsi"ni vurğulayıb.
Al Jazeera-nın mənbəsi təsdiq edib ki, "keçid hökuməti daimi hökumətin fəaliyyət göstərməsi üçün şərait yaratmaqla məşğul olacaq".
Mühəmməd əl-Bəşir daha əvvəl İdlibdə mərkəzləşmiş "Suriya Xilasetmə Hökuməti"nin rəhbəri olub.
N.Təbrizli
www.anews.az