AZ

Amerikalı üzgüçü dünya rekorduna imza atıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Amerikalı üzgüçü Qretçen Uolş 50 metr məsafəyə kəpənək üsulu ilə üzməkdə dünya rekordu müəyyənləşdirib.
Oxu.Az xəbər verir ki, idmançı bunu Macarıstanda keçirilən dünya çempionatında reallaşdırıb.
O, 24.02 saniyə nəticə göstərib. Əvvəlki rekord isveçli Tereza Alşammara (24.38 saniyə) məxsus idi.
Qeyd edək ki, 21 yaşlı üzgüçü bu il Parisdə keçirilən Olimpiya Oyunlarında iki qızıl və eyni sayda gümüş medal qazanıb. O, həmçinin 2023-cü ildə keçirilən dünya çempionatında bir qızıl, bir gümüş və bir bürünc medal əldə edib.
Seçilən
51
20
oxu.az

10Mənbələr