Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib.
RİNN-dən Avtosfer.az-a bildirilib ki, ümumilikdə 45 nəfərin iştirak etdiyi tədbirdə ETX-nin əməkdaşı “İnformasiya təhlükəsizliyi üzrə müdafiə sistemləri” mövzusunda çıxış edib və tələbələrin suallarını cavablandırıb.
Tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətini formalaşdırmaq, karyera planlamasında tələbələri istiqamətləndirməkdir.