AZ

Koronavirusa qarşı daha yeni bir vaksin hazırlanıb

Rusiyada koronavirusa qarşı daha yeni bir vaksin hazırlanıb .

İNFOAZ.WS TACC-a istinadən xəbər verir ki, Rusiyada koronavirus infeksiyasının qarşısını almaq məqsədilə hazırlanmış yeni “Gam-VLP-multivac” vaksini aparılmış tədqiqatlarda yüksək effektivlik və təhlükəsizlik profili göstərib. Vaksinin həm inyeksiya, həm də burun spreyi formasında 2025-ci ildə mülki dövriyyəyə çıxarılması planlaşdırılır.

Bu barədə vaksinin yaradıcılarından biri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru Tatyana Qrebennikova məlumat verib. Onun sözlərinə görə, tədqiqatlar zamanı vaksin yüksək təhlükəsizlik profili nümayiş etdirib və ciddi yan təsirlər müşahidə olunmayıb. “Bu, bir tərəfdən çox təhlükəsiz, digər tərəfdən isə effektiv vaksindir,” – deyə Qrebennikova vurğulayıb.

Fatimə Məmmədova

phrase_var_article.chosen
46
infoaz.ws

1phrase_var_article.sources