AZ

Rusiya sərmayələri Özbəkistana axır

Rusiyanın 2024-cü ilin yanvar-sentyabr aylarında Özbəkistan iqtisadiyyatına yatırdığı investisiyalarının həcmi 17 faiz artıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin birinci müavini Denis Manturov Rusiya və Özbəkistan arasında əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 25-ci iclasında məlumat açıqlayıb.

Onun sözlərinə görə, Rusiya Özbəkistan iqtisadiyyatının aparıcı investorlarından biridir: “Bu ilin 9 ayında Rusiya sərmayələrinin həcmi 17 faiz artıb. Hazırda Özbəkistanda Rusiyanın iştirakı ilə 3 mindən çox müəssisə fəaliyyət göstərir”.

Manturovun sözlərinə görə, 2024-cü ilin 9 ayı ərzində Rusiya ilə Özbəkistan arasında ticarət dövriyyəsi 10 faiz artıb.

Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr