AZ

Samir Abasovu söyən fan-klub üzr istədi

Misli Premyer Liqasının XVI turunun "Sumqayıt" - "Neftçi" matçında yaşananlar haqqında daha bir açıqlama verilib.

Apasport.az xəbər verir ki, “Kimyaçılar” baş verənlərlə bağlı bəyanat yayıb.

Onlar "ağ-qaralar"ın baş məşqçisi Samir Abasovun ünvanına təhqiramiz ifadələr səsləndirmələri barədə paylaşım ediblər. Fanatlar yaşananlara görə mütəxəssisdən üzr istəyiblər:

“Sumqayıt” - “Neftçi” matçından öncə klub nümayəndəsi tərəfindən Samir Abasovun klubdan gedişi ilə bağlı ağlımızda reallığı əks etdirməyən fikirlər yaranmışdı. Onun komandanı çətin vəziyyətdə qoyub, pula görə “Neftçi”ni seçdiyi və bunun kimi feyk məlumatlar qrupumuza çatdırılmışdı. Bu yalan məlumatlar oyun zamanı çalışdırıcının ünvanına təhqiramiz ifadələr səsləndirməyimizə səbəb oldu. Qarşılaşmadan sonra biz də öz növbəmizdə hər şeyi dərindən araşdırıb, aydınlaşdırdıq. Müəyyən oldu ki, Abasovun “Sumqayıt”dan ayrılmasında heç bir günahı olmayıb. Bizə məsələ tamamilə yanlış çatdırılıb. Bu səbəbdən "Kimyaçılar" ailəsi olaraq sabiq baş məşqçimiz Samir Abasovdan və ailəsindən dərin təəssüf hissi ilə üzr istəyirik.

Qeyd edək ki, yaşananlardan sonra fan-klubun liderlərindən Kamran Babayev, Hüseyn Cəfərli, İlahəddin Kərimli və Fərid Abbasov öz istəkləri ilə qrupdan ayrılaraq, əlaqələrini kəsiblər”.

Xatırladaq ki, görüş “Sumqayıt”ın 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Samir Abasovu təhqir edən azarkeşlərdən açıqlama

Millimizin heyətində dəyişiklik olub

"Qarabağ" dünya reytinqində irəliləyib

“Şamaxı”da iki ayrılıq

Kurban Berdıyev: “Əsas odur ki, səhvlər bilərəkdən olmasın”

Seçilən
34
apasport.az

1Mənbələr