AZ

Basketbol: “Neftçi” yenə uduzdu, “Sabah” zirvəyə yüksəldi

Bu gün keçirilmiş iki oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün ikinci dövrəsinə start verilib.

Arena.az xəbər verir ki, 6-cı tur A qrupunun 2 matçı ilə başlayıb.

Günün ilk qarşılaşmasında “Naxçıvan” “Neftçi”ni qəbul edib. Ötən tur “Sabah”a məğlub olan meydan sahibləri uğursuz çıxış edən qonaqlara heç bir şans verməyiblər. Startda üstünlüyə yiyələnən Murad Dikmenin komandası mövsümdə 6-cı qələbəsini qazanıb.

Digər matçda isə son çempion “Sabah” “Sərhədçi”nin qonağı olub. Evren Alkayanın rəhbərlik etdiyi meydan sahibləri böyük fasiləyə 19 xal fərqlə yollansalar da, çempion geridönüş edə bilib. Rimas Kurtinaytisin komandası son hücumda qələbə qazanıb.

Turun digər matçlarında sabah “Ordu” “Sumqayıt”ı, dekabrın 13-də “Abşeron” NTD-ni, bir gün sonra isə “Gəncə” “Lənkəran”ı qəbul edəcək. Tura “Quba” – “Şəki” görüşü ilə yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
A qrupu, 6-cı tur
10 dekabr

“Naxçıvan” – “Neftçi” 83:72 (17:17, 27:21, 22:23, 17:11)
“Sərhədçi” İdman Mərkəzi.

“Sərhədçi” – “Sabah” 64:67 (25:11, 17:12, 8:23, 14:21)
“Sərhədçi” İdman Mərkəzi.

Xallar: Sabah – 12. Naxçıvan – 11. Sərhədçi – 9. Abşeron – 7. Neftçi – 6. NTD – 6.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Seçilən
21
11
arena.az

10Mənbələr