AZ

ABŞ Əsədin qayınatasına sanksiya tətbiq edib

Bakı, TurkicWorld

ABŞ Dövlət Departamenti Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü və İnsan Hüquqları Günü bir sıra ölkələrdən olan şəxslərə qarşı sanksiyalar elan edib.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, Dövlət Departamentindən verilən aşıqlamada, Birləşmiş Ştatlar Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin Britaniya əsilli həyat yoldaşının atası Böyük Britaniya sakini Fəvaz Əxrasa Əsədə maddi dəstək verdiyinə görə sanksiya elan edilib.

“Axras “maliyyə məsələləri, sanksiyalardan yayınma və Bəşər Əsədin beynəlxalq siyasi əlaqəyə nail olmaq cəhdləri ilə bağlı Bəşər Əsədə dəstək və yardım göstərib”-deyə açıqlamada deyilir.

Axras 1946-cı ilin sentyabrında Suriyanın Hums şəhərində anadan olub bundan öncə də ABŞ sanksiyalarına məruz qalmışdı.

Seçilən
53
turkic.world

1Mənbələr