AZ

ABŞ Ukraynaya 20 milyard dollar kredit ayırıb

ABŞ Maliyyə Nazirliyi Qərbdə dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin geri qaytarılması hesabına Ukraynaya 20 milyard dollar kredit ayrıldığını açıqlayıb.

APA xəbər verir ki, nazirliyin bəyanatında qeyd edildiyi kimi, kredit G7 ölkələrinin Kiyevə 50 milyard dollar kredit ayırması təşəbbüsünün bir hissəsi kimi göndərilir.

“Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə ödənilən bu vəsaitlər Ukraynaya kritik dəstək verəcək”, - deyə ABŞ maliyyə naziri Canet Yellen bildirib.

O həmçinin əlavə edib ki, Vaşinqton Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.

Seçilən
34
12
apa.az

10Mənbələr