HƏMAS girov saxladığı daha 14 israillini sərbəst buraxıb. Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Qırmızı Xaç Cəmiyyətindən alınan məlumata görə, oktyabrın 7-dən Həmas hərəkatının əsirliyində saxlanılan 14 israilli girov və digər 3 əcnəbi yardımçılara təhvil verilib. Beləliklə, HƏMAS girovların üçüncü qrupunu azad edib. Qeyd edək ki, bundan əvvəl HƏMAS ilk mərhələdə 13 İsrailli, 10 taylandlı və 1 filippinlini azad etmişdi. 13 İsrail və 4 Tayland vətəndaşından ibarət ikinci qrup noyabrın 26-na keçən gecə sərbəst buraxılıb. Gununsesi.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta