AZ

BMT: Azərbaycan azad olunmuş ərazilərdə minatəmizləmə və yenidənqurma işlərində irəliləyiş əldə edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə, bərpa və yenidənqurma, sosial-iqtisadi inkişafa diqqət yetirməklə təqdirəlayiq irəliləyiş əldə edib".
Oxu.Az xəbər verir ki, bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuçi deyib.
Mabuçi bildirib ki, BMT Azərbaycan hökumətinin münaqişədən sonrakı bərpa səylərinə dəstək olmaqda davam edir.
"Bu istiqamətdə tərəfdaşlığı davam etdirəcəyik və Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə çatmaq prosesini sürətləndirmək üçün götürdüyümüz öhdəliklərə sadiq qalırıq", - o vurğulayıb.
Rəsmi qeyd edib ki, BMT-nin Azərbaycandakı nümayəndəliyi məcburi köçkünlərin təhlükəsiz qayıdışı, reinteqrasiyası və reabilitasiyası üçün ilkin şərt olan minatəmizləmə prosesinin aktuallığını qəbul edir.
"BMT-nin dəstəyinə aşağıdakılar daxildir: minatəmizləmə, geri qayıtmış məcburi köçkünlər üçün yaşayış vasitələri təmin etmək, sosial xidmətlər, hüquqi yardım, ətraf mühitin bərpası və enerji səmərəliliyi", - K.Mabuçi əlavə edib.
Seçilən
54
50
oxu.az

10Mənbələr