AZ

Qəhvənin qiyməti tarixi zirvəyə çatdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qəhvə ilin ən çox tələbat olan məhsullarından birinə çevrilib. Qlobal qıtlıq ehtimalı səbəbindən qiymətlər rekord səviyyəyə yüksəlib.
Oxu.Az-ın "Bloomberg"ə istinadən verdiyi məlumata görə, Nyu-Yorkda arabika növü qəhvənin fyuçersləri bir funt (0.45 kq) üçün 3.44 dollara satılır. Bu, 1977-ci ildə qeydə alınmış əvvəlki tarixi maksimumu geridə qoyub.
Qiymət artımının əsas səbəbi Braziliyadakı quraqlıqdır. Bu təbii fəlakət səbəbindən yaxın gələcəkdə qəhvə tədarükünün azalacağı gözlənilir. Bundan əlavə, Vyetnamda daha ucuz olan robusta növünün istehsalına da hava şəraiti mənfi təsir edib.
Seçilən
46
2
oxu.az

10Mənbələr