AZ

İranın Suriyadakı səfirliyi işini bərpa edib

Bəşşar Əsəd devrildikdən sonra Suriyanın paytaxtı Dəməşqdə İran hakimiyyəti səfirliyinin işini bərpa edib.

“İki sahil” xəbər verir ki, məlumatı İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) teleqram kanalı yayıb.

Bildirilib ki, diplomatik missiya gündəlik adi iş rejimində fəaliyyət göstərir.

Xatırladaq ki, dekabrın 7-də İran səfirliyinin əməkdaşları təxliyə edilmişdi.

Başqa bir məlumata əsasən, Suriyadakı “Heyəti-Tahrire-Şam”ın rəhbəri Əbu Məhəmməd əl-Colani Qətər vasitəsi ilə Tehran hakimiyyətinə “ümumi islam prinsipləri əsasında” əməkdaşlıq etməyə çağırıb.

Seçilən
38
7
ikisahil.az

8Mənbələr