AZ

İrlandiya uzaq adalarda köhnə evi təmir etmək istəyənlərə 50 min avro təklif edir (FOTO)

Əgər mədəniyyətdən uzaq, sakit bir mühitdə yaşamaq fikri sizə cazibədar gəlirsə və fiziki işdən çəkinmirsinizsə, İrlandiyanın Our Livinq adaları layihəsi məhz sizin üçün nəzərdə tutulub. Bu layihə uzaq adalarda həyatın canlandırılmasını hədəfləyir.
Tribunainfo.az “Express”ə istinadən xəbər verir ki, ötən il başladılan bu layihə çərçivəsində İrlandiyanın uzaq adalarındakı boş və baxımsız evlərin bərpası üçün 50 000 avroya qədər qrant təklif olunur. Təmir işlərinin əlavə vəsait tələb etdiyi halda isə əlavə olaraq 20 000 avroya qədər qrant ala bilərsiniz.
Bu layihəyə daxil olan adalardan bəziləri Aranmor, Klare, Bere və İniş Mor adalarıdır. Hər biri təbii gözəllikləri ilə seçilir.
Lakin qrant əldə etmək üçün müəyyən şərtləri yerinə yetirmək lazımdır:
– İlkin olaraq, siz mülkiyyət hüququna dair sənəd təqdim etməli və ya mülkün alınması ilə bağlı aktiv danışıqlar apardığınızı sübut etməlisiniz.
– Ev əsas yaşayış yeri kimi istifadə edilməli və ya kirayə verilməlidir.
– Nəzərdə tutulan mülk ən azı iki il boş olmalı və 2007-ci ildən əvvəl tikilmiş olmalıdır.
– Qrant yalnız ev təmirinə şamil edilir, adaya köçmə xərcləri bu məbləğə daxil deyil.
Bundan başqa, qrantdan yararlanmaq üçün İrlandiyada ən azı 10 il yaşamaq tələb olunur. Bu proqram aktiv istirahəti sevən və ya həyatını sakit və təbii bir mühitdə keçirmək istəyən insanlar üçün böyük bir fürsətdir.
Seçilən
11
1
tribunainfo.az

2Mənbələr