AZ

ABŞ ordusu Suriyadan çıxacaq?

Suriyada Əsəd rejiminin devrilməsinin ardından ABŞ əsgərlərinin bölgədən çəkilib-çəkilməyəcəyi ilə bağlı Ağ Evdən açıqlama gəlib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Müşavirinin müavini Con Finer Nyu Yorkda keçirilən konfransda danışıb.

O, ABŞ əsgərlərinin Suriyada qalıb-qalmayacağı sualına “hə” cavabını verib.

“Bu qoşunlar çox spesifik və əhəmiyyətli bir səbəblə oradadırlar. ABŞ əsgərləri 10 ildən artıqdır ki, İŞİD-ə qarşı döyüşmək üçün oradadır və biz bu missiyaya sadiq qalırıq”.

Seçilən
42
1
publika.az

2Mənbələr