AZ

Mərkəzi Bank AÇIQLADI: Kəsr var, 1,6 milyard dollar

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xidmətlər balansının kəsiri təxminən 1,6 milyard ABŞ dolları təşkil edib.

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % azdır.

"Kəsir əsasən tikinti və digər işgüzar xidmətlərin hesabına formalaşıb. Əvəzində 9 ayda nəqliyyat xidmətləri üzrə 862 milyon ABŞ dolları, turizm xidmətləri üzrə isə 359 milyon ABŞ dolları profisit yaranıb", - deyə AMB rəsmisi qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
6
olaylar.az

10Mənbələr