AZ

2060-cı ilədək istiləşmə həddi proqnozlaşdırılıb

Sürix Ali Texniki Məktəbi, Stenford Universiteti və Kolorado Ştat Universitetinin alimlər qrupu bəyan edib ki, regional istiləşmə həddini əvvəllər düşünüldüyündən daha tez görəcəyik...

Oxu.Az bu barədə "Moskovski Komsomolets"ə istinadən xəbər verir.

Məlumata görə, söhbət 1.5 dərəcə Selsi istiləşmə həddindən gedir. Alimlərin tədqiqatının nəticələri "Environmental Research Letters" jurnalında dərc edilib.

Əvvəllər bildirilirdi ki, Yer kürəsinin əksər quru regionları 2040-cı ilədək və ya bir qədər əvvəl 1.5 dərəcə Selsi kritik istiləşmə həddini keçəcək. Lakin 10 iqlim modelinin təhlilinə əsasən, 34 quru region 2040-cı ilə qədər 1.6 dərəcə Selsi istiləşmə səviyyəsini keçəcək.

"Bu zaman həmin regionların 31-də hədd 2 dərəcə Selsini keçəcək. 26 regionda isə 2060-cı ilə qədər istiləşmə 3 dərəcə Selsi həddini keçəcək", - məqalədə qeyd olunur.

Poliqon.info

phrase_var_article.chosen
24
5
poliqon.info

7phrase_var_article.sources