AZ

Azərbaycanda 11 ayda vergi daxilolmaları 15 milyard manata çatıb

Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 14 milyard 993 milyon manat vergi daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 % azdır.

11 aylıq vergi daxilolmalarının 10 milyard 286,2 milyon manatı və yaxud 68,6 %-i qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 14,1% çoxdur.

Hesabat dövründə vergi proqnozuna 104,1 % əməl edilib.

Seçilən
13
12
operativmm.az

10Mənbələr