AZ

Bu il ilkin gəlirlər balansında qeyri neft sektoru üzrə 600 mln. dollar profisit olub

2024-cü ilin 9 ayı üzrə Azərbaycanın ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 2.6 milyard ABŞ dolları kəsir, qeyri neft-qaz sektoru üzrə isə 600 milyon ABŞ dolları profisit olub. Nəticədə ilkin gəlirlər balansında kəsir 17.2% azalaraq 2 milyard ABŞ dolları təşkil edib.

Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edilib ki, ilkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 5.8 milyard ABŞ dolları olub. Bunun 67%-i 3.9 milyard ABŞ dolları olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib. Bu məbləğin isə əsas hissəsini (2.8 milyard ABŞ dolları) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 2.6 milyard ABŞ dolları beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (300 milyon ABŞ dolları xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (400 milyon ABŞ dolları və digər ödənişlər (400 milyon ABŞ dolları) təşkil edib.

Seçilən
25
2
fed.az

3Mənbələr