AZ

Əsəd devrildi, ermənilərin arzuları puç oldu

Suriyada hakimiyyətin qəfil dəyişikliyi, Bəşər Əsədin ailəsi iləbirgə qaçışı, Suriya ordusunun sürətlə dağılması dünyanı sarsıdanhadisələrdir və bu mövzular hələ də aparıcı media orqanlarınındiqqət mərkəzindədir. Siyasətçilər və ekspertlər baş verənlərinsəbəblərinə dair müxtəlif versiyalar irəli sürür və Suriyanıngələcəyi ilə bağlı proqnozlar verirlər. Bununla belə, onlarınəksəriyyəti bir məsələdə həmfikirdir: Əsəd rejiminin süqutundan ənçox zərər çəkən tərəflər İran və Rusiyadır. Amma bu siyahıya dahabir dövlət – Ermənistan da əlavə edilməlidir və buna ciddi əsaslarvar.

Bəşər Əsəd rejiminin devrilməsi yalnız bu ölkənin deyil, YaxınŞərq regionunun geosiyasi landştaında köklü dəyişikliklər yaratdı.Bu dəyişikliklər arasında rejimin Ermənistanla illərdir qurduğuyaxın əlaqələrin və ortaq maraqlarının ifşa olunması da xüsusidiqqətə layiqdir. Suriyada Əsəd rejiminin Ermənistanla olanəlaqələrini incələyərkən, siyasi, hərbi və terror sahələrindəyaxından işlənmələrin üzə çıxması görülür.

Ermənistan hakimiyyəti və Suriya rejimi arasındaki isti əlaqələrPaşinyanın Əsədi prezidentlik qələbələri münasibətilə rəsmi təbriketməsi ilə daha da gözönü olur. Bu addım iki ölkə arasında stratejiəlaqələrin mövcudluğunu bir daha təsdiq edir. Rəsmən antiqərbmövqeyi tutan Suriya rejimi, erməni diasporunun maraqlarına uyğunolaraq, bir çox hallarda Ermənistana siyasi dəstək vermişdi.

Suriyada erməni hərbi kontingentinin Hələbə göndərilməsi və bumissiyanın rəsmən “minatəmizləmə əməliyyatı” kimi qələmə verilərəklegitimləşdirilməsinin arxasında reallıqda Əsəd rejiminə hərbidəstək dayanırdı. Ermənistanın Suriyada hərbi kontingenti, Suriyaordusunun konkret ɟfəaliyyətlərinə yardımcı olur, rejimindəstəklənəsi üçün mühüm rol oynayırdı.

Suriyada erməni terror təşkilatları və Əsəd rejimi arasındakiyaxın əlaqələr bu əməkdaşlığı daha da konkretləşdirir. Xüsusən2019-cu ildə yaradılan və Suriya xüsusi xidmət orqanları ilə yaxınişləyən Nubar Ozanyan adına erməni alayının fəaliyyətidiqqətəlayiqdir. Bu hərbi qruplaşma özünü “Suriya xalqınınmüdafiəçisi” kimi qələmə versə də, Əsəd rejiminin maraqlarınaxidmət etdiyi görülür.

2009-cu ildə Bəşər Əsədin Ermənistana rəsmi səfəri bumünasibətlərin inkişafında mühüm hadisə idi. Həmin səfərdəErmənistanın Apostol Kilsəsinin başçısı II Qaregin Əsədə MüqəddəsGeorgi Xaçı mükafatını təqdim etmişdi. Bu mükafat Suriyanın 1915-ciil Erməni Soyqırımından sonra ermənilərə sığınacaq və müdafiətəqdim edən ölkə kimi tanınmasını simvolizə edirdi. Əsəd həmin vaxtbildirmişdi: "Suriya və Ermənistan ortaq tarixi irsi və ədalətəolan səyləri bölüşür".

Bəşər Əsəd rejimi tarixə boyu ermənipərəst mövqeyi ilə seçilib.Rejim, Ermənistanın maraqlarını bəzən beynəlxalq müydə təmsiletməklə yanaşı, Azərbaycana qarşı da qəti səkildə çıxış etməkdançəkinməmişdi. Məsələn, Kəşmir məsələsində Suriya rejimi Pakistanındeyil, Hindistanın maraqlarını dəstəkləmişdi.

Həmçinin, 2020-ci ildəki 44 günlük Qarabağ müharibəsi zamanıBəşər Əsəd Azərbaycanı "Suriyadan döyüşçülər gətirməkdə" ittihametdi. Bu yalanlar az sonra faş edilsə də, , Ermənistanı dəstəkləyəntəbliğat kampaniyasını gücləndirməyə yönəlmişdi.

Suriya və Ermənistan arasındakı ittifaq, həmçinin, Türkiyə iləmünasibətlərdəki ümumi gərginliklə əlaqəli idi. Ermənistan uzunmüddət Ankaranın Azərbaycanı Qarabağ münaqişəsində dəstəkləməsindənnarahat idi. Eyni zamanda, Suriya Türkiyə ilə Hatay vilayətininmübahisəli statusu və Ankaranın Suriya müxalifətinə dəstəyisəbəbindən mürəkkəb münasibətlərə malik idi.

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Türkiyəninsiyasətinə qarşı açıq mövqe sərgiləyərək, bildirmişdi: "Biz öztarixini inkar edən və başqa dövlətlərin işlərinə müdaxilə edənTürkiyəyə etibar edə bilmərik".

Bu ittifaq Ermənistanın geopolitik mövqeyini gücləndirərək"Türkiyəyə qarşı tarazlıq" yaratmağa xidmət edirdi.

Ermənistan da Əsəd rejimini dəstəkləyirdi. 2019-cu ildə NikolPaşinyan hökuməti minaların təmizlənməsi məqsədilə Suriyaya 83hərbçidən ibarət bir kontingent göndərdi. Bu addım rəsmən humanitarmissiya kimi təqdim olunsa da, əslində, Əsəd rejimininlegitimliyini artırmaq və onun möhkəmləndirilməsinə yardım etməkməqsədi daşıyırdı. Ermənistan hərbçiləri Suriya hökumətininərazilər üzərində nəzarətini bərpa etməsinə yardım edirdi ki, bu daİrəvan ilə Dəməşq arasındakı yaxın əlaqələri vurğulayırdı.

Özünü Qərbə yönəlik siyasət yürüdən bir lider kimi göstərməyəçalışan Nikol Paşinyan, əslində antiqərb mövqeli Yaxın Şərqrejimləri ilə yaxın ɟlaqələr saxlamış və bunu davam etdirmişdi.Onun İranın keçmiş prezidenti Rəisi və Bəşər Əsəd kimi liderlərləisti münasibətləri Ermənistanın çoxöncülü siyasətinintəzahürüdür.

Əsəd rejiminin çökməsi isə Ermənistanı ciddi zərɟbə altınaqoydu. Suriyada erməni maraqlarının dəstəklənməsi üzərə qurulanstrukturun dağılması, Ermənistanı Yaxın Şərqdə yeni tərəfdaşlaraxtarmağa məcbur edir. Fəqət regionda siyasi balansın dəyişməsi,Ermənistanın bu məqsədə nail olma imkanlarını məhdudlaşdırır.

Bəşər Əsəd rejiminin süqutu həm Suriyadakı erməni icması, həm dəErmənistan dövləti üçün ağır zərbə oldu. 2011-ci ildə müharibəbaşlamazdan əvvəl Suriyada əsasən Hələb, Dəməşq, Laziqiyyə və digərşəhərlərdə cəmləşən təxminən 100 min erməni yaşayırdı. Hazırda isəSuriyadakı ermənilərin sayı 30 min nəfərə qədər azalıb və onlarınböyük əksəriyyəti hələ də Hələbdə, Ermənistanın ilk prezidentiLevon Ter-Petrosyanın doğulduğu şəhərdə yaşamağa davam etmir.Ter-Petrosyanın atası Hakop Ter-Petrosyan Suriya və Livan KommunistPartiyasının təsisçisi olub, bu da ermənilərin bu regionla qədimbağlarını vurğulayır.

Ənənəvi erməni partiyaları, xüsusilə Erməni İnqilabiFederasiyası-"Daşnaksütyun" və Erməni Sosial-Demokrat Partiyası("Hnçakyan") Suriyadakı erməni diasporunun həyatında mühüm roloynayıb və Bəşər Əsəd rejimi ilə fəal əməkdaşlıq edib. Bupartiyalar Osmanlı Türkiyəsində terror fəaliyyətləri ilə tanınır və1915-ci ildən sonra Suriyada sığınacaq tapıblar. O vaxtdan etibarənbu ərazidən öz maraqlarını təşviq etmək üçün istifadə ediblər. Əsasməqsədləri uydurma "erməni soyqırımı"nın dünya miqyasında rəsməntanınması, habelə "erməni icmasının hüquqlarının qorunması" olub.Suriya hökuməti onlara parlamentdə kvotalar və mədəni-sosialməsələlərdə geniş muxtariyyət daxil olmaqla dəstək verib. Vətəndaşmüharibəsindən əvvəl təxminən 100 min nəfərdən ibarət erməni icmasırejimi dəstəkləməkdə əhəmiyyətli rol oynayıb. 2020-ci ildə erməniMariya Qabrielyan Suriyanın parlamentinə seçildi ki, bu da ermənipartiyaları ilə Dəməşq arasındakı uzunmüddətli ittifaqın simvoluoldu.

2011-ci ildə başlayan Suriya böhranı Yaxın Şərqdəki qüvvələrnisbətini əhəmiyyətli dərəcədə dəyişdi. Bəşər Əsəd rejimibeynəlxalq sanksiyalar və daxili müxalifətlə üzləşərək təcridolunmuş vəziyyətə düşdü. BMT-nin məlumatlarına görə, müharibənəticəsində 500 mindən çox insan həyatını itirib və milyonlarlainsan, o cümlədən, erməni diasporasının böyük hissəsi ölkəni tərkedib.

Suriya böhranı Ermənistanın beynəlxalq təcridinin artması iləüst-üstə düşdü. Türkiyə və Azərbaycanla diplomatik münasibətlərinolmaması və dünya miqyasında məhdud müttəfiqlərə malik olmasısəbəbindən Ermənistan çətin vəziyyətdə idi. Ermənistanın əsasstrateji tərəfdaşı olan Rusiya Suriyada Bəşər Əsədə dəstək verirdi,lakin bu, İrəvanın bütün problemlərini həll etmirdi.

İqtisadi təcrid də dərinləşdi. Türkiyə və Azərbaycanlasərhədlərin bağlı olması Ermənistanın tranzit potensialınıməhdudlaşdırır, onu İran və Gürcüstan vasitəsilə daşımalar həyatakeçirməkdən asılı vəziyyətə salırdı. Suriyaya tətbiq edilənsanksiyalar isə Ermənistanın Yaxın Şərqlə əlaqələrini daha daməhdudlaşdırdı.

Bu hadisələr Ermənistan üçün ciddi zərbə oldu. Əsədin etibarlımüttəfiq kimi itirilməsi İrəvanın geosiyasi zəifliyini daha daartırdı. Yaxın Şərqdə meydana çıxan yeni qüvvələr, o cümlədən,sünni islamçı hərəkatlar, Ermənistanla dostluq münasibətləriqurmağa maraq göstərmirlər.

Bəşər Əsəd rejiminin süqutu və ya əhəmiyyətli dərəcədəzəifləməsi Ermənistan üçün ağır zərbə ola bilər. Onilliklər ərzindərəsmi İrəvan Dəməşqin ermənipərəst siyasətindən Türkiyə vəAzərbaycana qarşı çıxmaq üçün istifadə edib. Suriyadakı vətəndaşmüharibəsi və erməni diasporunun təxminən 70% azalması ErmənistanınYaxın Şərqdəki təsirini xeyli zəiflətdi. Suriyanın stratejimüttəfiq kimi itirilməsi Ermənistanın beynəlxalq izolyasiyasınıgücləndirərək, xarici siyasət və regional mövqeyi üçün əlavəçağırışlar yaratdı.

Bəşər Əsəd rejiminin süqutu və Yaxın Şərqdəki dəyişikliklərErmənistan hökumətinin tərəfdarı olan KİV-lərdə pro-Əsədritorikasının güclənməsinə səbəb olub. Millətçi bəyanatlar,müsəlman xalqlarına ünvanlanan tənqidlər, anti-İslam mövqelərincəmiyyətdə geniş yayılmasına gətirib çıxardı. Məsələn, özbəklər,taciklər və çeçenlər kimi etnik qrupların Suriya müxalifətinə və yaterrorçulara dəstək verməsi barədə iddialar Ermənistanda mövcudolan köklü qərəzləri daha da qabartdı.

Məzkur ritorika Ermənistanın siyasi və informasiya məkanındamillətçi meyllərin artdığını göstərir. Burada müsəlman xalqlartez-tez milli təhlükəsizlik üçün təhdid kimi təsvir olunur. Buvəziyyət qismən Ermənistan ilə Türkiyə və Azərbaycan kimi müsəlmanqonşuları arasındakı tarixi gərginliklə əlaqədardır. Həmçinin,Suriyanın Ermənistanın ənənəvi müttəfiqi kimi beynəlxalqtəşkilatlarda dəstəyi və erməni diasporasının maraqlarını qorumasıda bu mövqenin yaranmasına təsir edib.

Bəşər Əsəd rejiminin süqutu Ermənistan üçün yalnız Suriyadahakimiyyətinin dəyişməsi deyil, həm də onun geosiyasi maraqlarınaciddi zərbədir. Suriyadakı erməni icması müdafiəsiz qaldı, İrəvanisə strateji tərəfdaşını itirdi. Bu məğlubiyyət ErmənistanınQarabağ münaqişəsindəki uğursuzluqları və beynəlxalq təcridləüzləşdiyi şəraitdə dövlətin böhranını daha da dərinləşdirir. İndiErmənistan dəyişmiş geosiyasi reallıqlarda öz milli maraqlarınıtəmin etmək üçün xarici siyasətini yenidən nəzərdən keçirməkməcburiyyətindədir.

Seçilən
53
4
az.trend.az

2Mənbələr