AZ

Ukrayna Suriya müxalifətinə kömək edib: İddia

Dəməşqdə hakimiyyətə gələn Suriya müxalifəti Rusiya və onun suriyalı müttəfiqlərini sarsıtmağa çalışan Ukrayna kəşfiyyatçılarından pilotsuz təyyarələr və digər dəstək alıblar.

"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə “Washington Post“da məqalə dərc edilib.

Yazıda qeyd edilib ki, Ukrayna kəşfiyyatı 4-5 həftə əvvəl Suriyanın İdlib şəhərində müxalif qrup "Heyət Təhrir əl-Şam"a (HTS) kömək etmək üçün 20-yə yaxın pilotsuz uçuş aparatı operatoru və 150-yə yaxın pilotsuz təyyarə göndərib.

“Washington Post“ Qərb kəşfiyyat mənbələrinə istinadən bildirib ki, Kiyevdən gələn yardım Suriya Prezidenti Bəşər Əsədin devrilməsində cüzi rol oynayıb: “Lakin bu, Rusiyanın Yaxın Şərq, Afrika və Rusiyanın daxilindəki əməliyyatlarına gizli şəkildə zərbə vurmaq üçün Ukraynanın daha geniş səylərinin bir hissəsi kimi diqqətəlayiq olub”.

"Cebheinfo.az"

Seçilən
13
8
cebheinfo.az

9Mənbələr