Keçid hökümətinin yeni Baş naziri xaricdəki suriyalıları vətənlərinə qayıtmağa çağırıb.
APA xəbər verir ki, bu barədə Məhəmməd əl-Bəşir İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində deyib.
"Suriya indi öz qürurunu və ləyaqətini qazanmış azad bir ölkədir. Geri qayıdın!", - Məhəmməd əl-Bəşir bildirib.