AZ

Türkiyə Suriyadakı vəziyyəti dəyişmək iqtidarındadır - politoloq

Yazını böyüt
Yazını kiçilt

Türkiyə və Azərbaycan liderlərinin son telefon danışığında Suriyadakı vəziyyətin müzakirə edilməsi, ardınca Azərbaycan Xarici İşlər Nazirliyinin Suriya ilə bağlı bəyanatı baş verənlərin məmləkətimizlə əlaqəsinin olduğunu göstərir. Onun sözlərinə görə, strateji müttəqimiz Türkiyənin Suriyada mövqelərinin güclənməsi bölgədəki vəziyyəti dəyişmək iqtidarındadır.

Bu fikirləri hafta.az-a politoloq Elxan Şahinoğlu deyib. Politoloq məsələyə Suriyada devrilmiş Əsəd rejiminin Ermənistanla yaxın əlaqələrinin olması kontekstində yanaşıb və bu əməkdaşlığın həmin rejimlərin məğlubiyyətini qaçılmaz etdiyini deyib. Suriya və Ermənistan hakimiyyətləri arasında yaxın əlaqələr, Paşinyanın Əsədə təbrikləri heç də zəif tərəfləri gücləndirə bilməzdi. Çünki qarşısında Türkiyə kimi güclü dövlət və onun qalib Azərbayacanla strateji müttəfiqliyi mövcudur.

E.Şahinoğlu eləcə də Rusiya və İranın Suriyada yanlış tərəfi seçdiyini və itirdiklərini deyib.

“Türkiyə Əsəd rejiminə qarşı dirəndi və qazandı. Rusiya və İranı gələcəkdə başqa məğlubiyyətlər də gözləyəcək. Qalibin və haqlının yanında olmalıyıq”.

Politoloq Ermənistanın Bəşər Əsəd rejiminə hərbi dəstək verməsi faktına diqqət çəkməklə, bu prosesin regionda gərginliyin saxlanılması üçün ermənilərin tərəfdaşlar toplama cəhdi adlandırıb. O, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Ankarada keçirilən 15-ci Səfirlər Konfransındakı çıxışında söylədiyi “Qarabağın işğaldan azad edilməsi nəticəsində yaranan tarixi imkanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə nəticələnməsini arzu edirik” cümləsinin əhəmiyyətinə toxunub. Onun sözlərinə görə, sülh sazişinin imzalanmasıyla Türkiyənin Cənubi Qafqazda imkanları artacaq, bu isə Azərbaycanın da maraqlarına cavab verir: «Suriyanın ərazi bütövlüyünün təmininə, sabitliyə və inkişafa ehtiyacı var. İsrail irəlilədiyi mövqelərdən geri çəkilməsə Suriyada qurulacaq yeni hakimiyyət bu dəfə İsraillə müharibəyə başlamaq məcburiyyətində qala bilər. Bu isə bölgədə əvvəlkindən də ağır vəziyyət yaradacaq. İsrailin siyasi mərkəzləri bölgədə kürd dövlətinin yaradılması planlarından da imtina etməlidirlər. Bu siyasət davam etdikcə, İsrailin Türkiyə və bölgənin digər dövlətləri ilə münasibətlərinin normallaşması çətinləşəcək. Yaxın Şərqdə sabitliyin bərqərarı İsrailin də maraqlarına cavab verməlidir ki, ərəb dövlətləri və Türkiyə ilə münasibətləri normallaşdıra bilsin.

Beynəlxalq media və müxtəlif dövlətlərin ekspertləri Türkiyənin Suriyada əlinin gücləndiyi qənaətindədirlər. Əsəd rejiminin süqutu ilə Türkiyənin Suriyada PKK və ona bağlı güclərin neytrallaşdırmağa çalışacağı bildirilir. Bu Türkiyənin təbii haqqıdır. Türkiyə sərhədlərinin yaxınlığında PKK-nın varlığına son qoymalıdır. Əsəd rejimi yıxıldı, bu məntiqlə Vaşinqtonun PKK-ya bağlı güclərə dəstək verməsinin anlamı qalmır. O başqa məsələ ki, ABŞ Suriyada varlığını qorumaq üçün PKK-ya dəstəyi davam etdirə bilər. Ancaq bu siyasət Vaşinqtonun “biz Suriyada sabitlik istəyirik” prinsipinə zidd olacaq. Çünki, Suriyada yeni hakimiyyət PKK və ona bağlı güclərin şimal əraziləri nəzarət etmələrinin əleyhinə olacaq. Bu Suriyanın ərazi bütövlüyünə təhdiddir. Vaşinton Suriyanın ərazi bütövlüyünə dəstək verəcəksə, PKK-ya dəstəkdən imtina etməli, əks halda isə Suriya yenidən qarışacaq və bundan ABŞ-ın rəqibləri Rusiya və İran istifadə etməyə çalışacaqlar. Bu isə ABŞ-ın maraqlarına ziddir”.

Seçilən
21
50
hafta.az

10Mənbələr