AZ

COCA COLA KİMİ NƏHƏNG ŞİRKƏTLƏR “UŞAQLARI ASILI HALA SALAN MADDƏLƏRİ” İSTİFADƏ ETMƏKDƏ İTTİHAM OLUNDU

MƏHKƏMƏ BAŞLADI
10 dekabrDA ABŞ-da Coca-Cola, Kraft Heinz, Pepsi, General Mills, Nestle kimi mega şirkətlərinin istehsal etdikləri məhsullara “ultra emal edilmiş”, “uşaqlarda asılılıq yaradan” maddələr qatdığı ilə bağlı məhkəmə iddiası irəli sürülüb.
Pensilvaniya sakini Bryce Martinez, Philadelphia Məhkəməsində bu şirkətlərin məhsullarını istehlak etməsi nəticəsində 16 yaşlı qızında 2-ci tip diabet və qaraciyər yağlanması diaqnozu qoyulduğunu iddia edir. Martinez övladının sağlamlığına məhz bu məhsulların xələl gətirdiyini bildirir.
İddiaçını təmsil edən ABŞ-ın ən böyük hüquq firması olan Morgan & Morganin vəkilləri bu işi ilk məhkəmə hadisəsi kimi qiymətləndirir.
Qida və içki istehsalçılarını təmsil edən İstehlakçı Brendləri Assosiasiyasının baş vitse-prezidenti Sarah Gallo, “Hal-hazırda ultra emal olunmuş qidaların ümumi qəbul edilmiş elmi tərifi yoxdur” deyib. O, bildirib ki, “emal olunduğu üçün Qidaları sağlamlığa zərərli kimi təsnif etməyə çalışmaq doğru deyil.
Sağlam qida mütəxəssisləri isə “ultra emal olunmuş” adlandırdıqları qidalar sırasına tam qidalardan çıxarılan və ya süni şəkildə sintez edilən maddələrdən hazırlanmış müxtəlif qablaşdırılmış qəlyanaltılar, şirniyyatlar və sərinləşdirici içkilərin aid olduğunu bildirir.
ABŞ-ın Ərzaq və Dərman Administrasiyası üzrə komissarı vəzifəsini icra edən Robert Califf, ultra emal olunmuş qidaların asılılıq yarada biləcəyini söyləyib.
İddiaçı Martinez isə qida şirkətlərinin zərərli məhsullar satdığını bildiyini və qəsdən onlara asılılıq yaradan maddə qatdıqlarını bildirir.
İddiaya sui-qəsd, səhlənkarlıq, fırıldaqçı təhrif və ədalətsiz ticarət maddələri daxildir. Martinez qızının sağlamlığına zərər vuran şirkətlərdən, qeyri-müəyyən məbləğdə kompensasiya və cəza tələb edir.

phrase_var_article.chosen
53
medicalmedia.az

1phrase_var_article.sources