1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Ukrayna Rusiya ilə danışıqlara hazırdır".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbər müşaviri Mixail Podolyak "Kanal 24"ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Kiyev Moskva ilə danışıqlar prosesinə başlamağa hazırdır. Bununla belə, o qeyd edib ki, sadə bir həll yolunu gözləmək lazım deyil.
"Ukraynaya ədalətli sülh şərtləri lazımdır", - deyə Podolyak qeyd edib.
Xatırladaq ki, daha əvvəl Kremlin nümayəndəsi Dmitri Peskov Rusiyanın Vladimir Putinin irəli sürdüyü şərtlər əsasında Ukrayna ilə danışıqlara hazır olduğunu bildirmişdi.
Həmçinin, dekabrın 8-də ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Putindən Ukrayna probleminin həlli ilə bağlı işə başlamağı xahiş edib. Onun fikrincə, Çin bu işdə kömək edə bilər.