Ukrayna həqiqətən də Rusiya ilə danışıqlara hazırdır, lakin beynəlxalq hüquqa müvafiq olaraq bunun üçün ədalətli şərait tələb edəcək.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak deyib.
"Mövqeyimiz budur ki, heç kim müharibəni ərazi güzəştləri hesabına və beynəlxalq hüquqa zidd şərtlər daxilində bitirə bilməz. Hazırda bu cür şərtlər mövcud deyil", - Podolyak vurğulayıb.
Qeyd edək ki, Zelenski “Skay Nyus”a müsahibəsində işğal altında olan torpaqlar qaytarılmadan da atəşkəsə hazır olduğunu və NATO himayəsini qəbul edə biləcəyini açıqlamış, daha sonra isə bildirmişdi ki, Kiyev heç vaxt Ukrayna ərazilərində Rusiyanın işğalını tanınmayacaq və ərazinin yalnız bir hissəsinin NATO üzvlüyünə razı olmayacaq.