“Enter Air” təyyarəsi çərşənbə günü Zvartnots hava limanından havaya qalxaraq Azərbaycana yollanıb.
Axar.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Bildirilib ki, dekabrın 11-də saat 17:00-da İrəvandan Bakıya uçan "Enter Air" aviaşirkətinin göyərtəsində çox güman ki, NATO Müdafiə Kollecinin kursantları olub.
“Ermənistan Müdafiə Nazirliyi kollecin rəhbəri general-leytenant Maks Nilsenin rəhbərlik etdiyi nümayəndə heyətinin dekabrın 10-11-də Ermənistanda səfərdə olduğunu bildirmişdi. O, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurasının nümayəndələri ilə görüşlər keçirilib.
“Enter Air”in çarter reysi dekabrın 9-da kollecin yerləşdiyi Romadan İrəvana gəlib.
Yeri gəlmişkən, Müdafiə Nazirliyində keçirilən görüşdən görüntülər nümayəndə heyətinin kifayət qədər böyük olduğunu göstərirdi. Çox güman ki, “Boinq 737-8Q8”in seçilməsinin səbəbi budur”, - məlumatda qeyd edilib.