AZ

İrəvandan Bakıya uçan təyyarədə kimlərin olduğu bilindi

  Çərşənbə günü İrəvandan Bakıya çarter reysinin həyata keçirildiyi məlum olub. Lakin “Zvartnots” hava limanından havaya qalxan təyyarədə kimin olduğunu açıqlamayıb.

Dekabrın 11-də saat 17:00-da İrəvandan Bakıya uçan “Enter Air” aviaşirkətinə məxsus təyyarənin göyərtəsində NATO Müdafiə Kollecinin kursantları olub.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Daha öncə Ermənistan Müdafiə Nazirliyi kollecin rəhbəri general-leytenant Maks Nilsenin rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvanda səfərdə olduğunu açıqlayıb.

Bildirilir ki, “Enter Air”in çarter reysi dekabrın 9-da kollecin yerləşdiyi Romadan İrəvana gəlib.

Ermənistan Müdafiə Nazirliyində keçirilən görüşdən yayılan kadrlarda nümayəndə heyətinin kifayət qədər böyük olduğu görünüb. Çox güman ki, Boeing “737-8Q8″in seçilməsinin səbəbi məhz budur./Globalinfo.az  

Seçilən
47
8
referans.az

10Mənbələr