AZ

"Mançester Yunayted" Reşfordla bağlı qərarını verdi

"Mançester Yunayted" hücumçu Markus Reşford üçün təklifləri nəzərdən keçirməyə hazırdır.

90deqiqe.Az xəbər verir ki, ingilis futbolçu liqada ən çox maaş alan oyunçulardan biri olaraq qalır, lakin çıxışları ilə klubun ümidlərini doğrultmur. "Qırmızı şeytanlar" Reşfordu qış transfer pəncərəsi zamanı təxminən 40 milyon funta (demək olar ki, 49 milyon avro) satmağa hazırdır. 

27 yaşlı futbolçunun xidmətində PSJ-nin maraqlı olduğu bildirilir.

Reşford bu mövsümdə 23 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

 

Seçilən
38
90deqiqe.az

1Mənbələr