AZ

Sakinlər və MTK üz-üzə qaldı: "Bizi evlərimizdən çıxardılar"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Ceyhun Hacıbəyli və Təbriz küçələrinin kəsişməsində yerləşən bina MTK tərəfindən 2018-ci ildə sakinlərlə razılaşdırılaraq sökülüb.
Sökülən binanın sakinlərinə kirayə pulu ödənilib. Lakin bir müddət sonra onlara verilən kirayə pulu dayandırılıb.
"Bu, Nazirlər Kabinetinin qərarı idi, dövlət layihəsi idi. Dövlətə inanıb, evimdən çıxmışam. Mənim evimi, kirayə pulumu versinlər", - deyə şikayətçi Natiq Cəfərov bildirib.
Problemlə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələdən xəbərdardırlar.
Sözügedən ünvanda tikinti şirkəti tərəfindən sakinlərə ödənilən müvəqqəti kirayə haqlarının köçürülməsində mövcud olan gecikmələrin tam aradan qaldırılması və tikinti işlərinin gecikdirilməməsi barədə şirkət rəhbərliyinə ciddi xəbərdarlıq edilib.
Qurumdan verilən məlumata görə, şirkət ödənişlərin qısa zaman kəsiyində təmin olunması və tikintinin vaxtında başa çatması ilə bağlı vəd verib.
Ətraflı Baku TV-nin süjetində:
Seçilən
48
5
oxu.az

8Mənbələr