AZ

Azərbaycan futbolunda biabırçılıq: hakim təyinatı unuduldu

AFFA U-15 Liqasında rəzalət yaşanıb.

Futbolpress.az xəbər verir ki, çempionatda EFA – “Qəbələ” oyunu baş tutmayıb. Bu barədə bölgə təmsilçisinin baş məşqçisi Namiq Hacızadə məlumat yayıb. Mütəxəssis sosial şəbəkə hesabında matçın keçirilməməsinin səbəbini açıqlayıb:

“Deyirik ki, futbolumuz niyə bu gündədir. U-15 Liqasında keçirilməli olan EFA – “Qəbələ” oyunu baş tutmayıb. Səbəb isə həm gülməli, həm ağlamalıdır. Uşaq futbolun nəzarət edən hörmətli şəxslər oyuna hakim təyin etməyi unudub. Qəbələdən Bakıya gedən komandamız 16:30-a kimi gözləyib, sonra geri qayıdıb. Bu, hələ U-15 Liqasıdır. İnanın, daha aşağı liqalarda olan biabırçılıqlar lap dəhşətdir”.

Seçilən
90
2
futbolpress.az

9Mənbələr