AZ

İntensiv alma bağlarına görə fermerlərə 11,000 manat subsidiyalar veriləcək

İntensiv alma bağlarına görə dövlət tərəfindən birdəfəlik əkin subsidiyası ayrılacaq.

Fins.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin 1 sentyabr tarixindən 2025-ci il mayın 31-dək Dağlıq Şirvan, Şəki-Zaqatala, Quba-Xaçmaz iqtisadi zonalarına daxil rayonlarda və eyni zamanda Lerik rayonunda salınacaq intensiv alma bağlarına görə dövlət tərəfindən birdəfəlik əkin subsidiyası ayrılacaq.

Qeyd edilib ki, bu bölgələrdə qeyd olunan tarixlərdə ən azı 2 hektarda salınmış, hər hektarda minimum 2450 ting əkilmiş, damcı suvarma sistemi ilə təchiz olunmuş bağların hər hektarına görə fermerlərə 11000 birdəfəlik əkin subsidiyası veriləcək.

Fuad Mədətov
Fins.az

phrase_var_article.chosen
29
5
fins.az

10phrase_var_article.sources