AZ

Alma, ərik və şaftalı bağı salanlara subsidiya veriləcək

İntensiv alma bağlarına görə dövlət tərəfindən birdəfəlik əkin subsidiyası ayrılacaq.

Modern.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin 1 sentyabr tarixindən 2025-ci il mayın 31-dək Dağlıq Şirvan, Şəki-Zaqatala, Quba-Xaçmaz iqtisadi zonalarına daxil rayonlarda və eyni zamanda Lerik rayonunda salınacaq intensiv alma bağlarına görə dövlət tərəfindən birdəfəlik əkin subsidiyası ayrılacaq.

Qeyd edilib ki, bu bölgələrdə qeyd olunan tarixlərdə ən azı 2 hektarda salınmış, hər hektarda minimum 2450 ting əkilmiş, damcı suvarma sistemi ilə təchiz olunmuş bağların hər hektarına görə fermerlərə 11000 birdəfəlik əkin subsidiyası veriləcək.

Bu ilin 1 sentyabr tarixindən 2025-ci il mayın 31-dək Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan və Qarabağ iqtisadi zonalarına daxil olan rayonlarda salınacaq intensiv ərik və şaftalı (nektarin) bağlarının hər hektarına görə fermerlərə 4 min manat birdəfəlik əkin subsidiyası ödəniləcək.

Subsidiyanın verilməsi fermerlərin həmin bağlara görə çəkdiyi xərclərin bir hissəsinin dövlət tərəfindən qarşılanması məqsədi daşıyır.

Bu subsidiya ən azı 3 hektar sahədə salınan, hər hektarda minimum 650 ting əkilən və damcı suvarma sistemi ilə təmin olunan bağlara şamil edilir.

 

 

Seçilən
28
2
modern.az

10Mənbələr