AZ

54 jurnalist öldürülüb, 550 jurnalist həbs edilib - "Sərhədsiz Reportyorlar"ın 2024-cü ilin yekunları haqqında açıqlaması

Ötən il 31-i münaqişə zonalarında olmaqla, bütün dünyada 54 jurnalist öldürülüb. Qəzzə jurnalistlərin 30%-nin həlak olduğu ən təhlükəli bölgədir.

Asiya jurnalistlər üçün ikinci təhlükəli bölgədir. Pakistanda 7 jurnalist, Banqladeşdə 5 jurnalist öldürülüb.

Ötən il 550 jurnalist həbs edilib, bu da ötən ilə nisbətən 7,2% çoxdur.

Jurnalistlərin ən çox həbs edildiyi dörd ölkə Çin (124, o cümlədən Honkonqda 11), Myanma (61), İsrail (41) və Belarusdur (40).  

Xüsusilə Rusiyanın Ukraynaya və İsrailin Qəzzə zolağına hücumu zamanı həbslərdən jurnalistikanın sıxışdırılması üçün silah kimi istifadə olunub. Rusiyada 38 jurnalist həbsdədir.

55 jurnalist girov götürülüb və onların 70%-i Suriyadadır. Onların əksəriyyəti hələ 10 il əvvəl müharibə zamanı İŞİD tərəfindən oğurlanıb və onların aqibəti məlum deyil.

Dünyanın 34 ölkəsində 100-ə yaxın jurnalist hələ də itkin düşmüş hesab olunur. Bu jurnalistlərin dörddə birindən çoxu son 10 il ərzində Meksika (5), Suriya (3), Mali (3), Konqo (2), Fələstin (2) və İraqda (2) yoxa çıxıb.

phrase_var_article.chosen
35
1
turan.az

2phrase_var_article.sources