AZ

Əsədin təhlükəsizlik müşaviri qayıqla aradan çıxdı - FOTO

Suriya müxalifləri 61 illik Baas rejimini devirdikdən sonra ölkəni tərk edən vəzifəli şəxslərin sayı artmaqdadır.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlardan biri Bəşər Əsədin Xüsusi Təhlükəsizlik Məsləhətçisi Əli Məmlük olub. Onun qayıqla qaçdığı görüntülər ortaya çıxıb.

Yayımlanan videoda Məmlükün ətrafındakıların köməyi ilə qayığa mindiyi və irəlilədikləri anlar yer alıb. Suriyada baş verən vətəndaş müharibəsi və təzyiqlər nəticəsində milyonlarla insanın ölkəni tərk etməsinə səbəb olan şəxslərdən biri olan Məmlükün bu görüntüləri "Qədərə bax" deyilməsinə səbəb olub.

Hüseyn 
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
48
40
milli.az

10Mənbələr